• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

UEFA ilin futbolçusu adına namizədləri açıqlayıb

İDMAN

19 Avqust 2021 | 20:20 | Müəllif: Subhan Mahmudov

UEFA ilin futbolçusu adına namizədləri açıqlayıb

İlin futbolçusu adına namizədlər açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, UEFA bu mükafata üç namizədi müəyyənləşdirib.

Çempionlar Liqasının finalçılarının yer aldığı “üçlük”də “Çelsi”nin iki, “Mançester Siti”nin bir futbolçusu var. Bunlar Jorjinyo, Nqolo Kante və Kevin de Breynedir.

İlin futbolçusunun adı Çempionlar Liqasının qrup mərhələsinin avqustun 26-da keçiriləcək püşkatmasında açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Tədbirdə ən yaxşı məşqçi də mükafatlandırılacaq. Bu ada Pep Qvardiola (“Mançester Siti”), Tomas Tuxel (“Çelsi”) və Roberto Mançini (İtaliya yığması) iddia edir.

Qeyd edək ki, ötən həftə mövqelər üzrə Çempionlar Liqasının ən yaxşıları və Avropa Liqasının ən yaxşı futbolçusu adına namizədlər də açıqlanmışdı.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026