• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Neftçi"dən növbəti transfer - Rəsmi

İDMAN

17 Sentyabr 2021 | 19:27 | Müəllif: Subhan Mahmudov

"Neftçi"dən növbəti transfer - Rəsmi

"Neftçi" növbəti transferini həyata keçirib.

Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, argentinalı futbolçu Xorxe Korrea ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı hücumameylli yarımmüdafiəçi komandanın heyətində 7 nömrəli formanı geyinəcək.

 Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010-2018), “Defensores de Belqrano” (2012-2013) və Portuqaliyanın “Maritimu” (2018-2021) klublarında çıxış edib. O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Superkubokunu qazanıb

.Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər – Romen Bask, Huqo Basto və hücumçular – Ramon Maçado, Tiaqo Bezerranı transfer edib.


 Bizi İnstagramda izləyin


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026