• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Mahir Emreli aparıcı klubların hədəfində

İDMAN

17 Oktyabr 2021 | 13:11 | Müəllif: Subhan Mahmudov

Mahir Emreli aparıcı klubların hədəfində

Mahir Emreli Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Bakıvaxtı.az Fanat.az-a istinadla xəbər verir ki, Almaniyanın "Herta Berlin", "Hoffenmhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) klubları "Legia"da çıxış edən futbolçumuzla maraqlanır.

Məlumata görə, həmin klubların skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər. Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə "Lex"ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR