• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gürcüstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunan marafonun qalibi məlum oldu

İDMAN

17 Oktyabr 2021 | 12:35 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda Azərbaycanın Müstəqillik Gününə həsr olunan marafonun qalibi məlum oldu

Gürcüstanda 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Tbilisi və Rustavi şəhərləri arasında marafona start verilib.

Bakıvaxtı.az  xəbər verir ki, Tbilisidəki Heydər Əliyev adında parkdan başlayan marafonun məsafəsi 30 kilometr təşkil edir.

Yarışa 300-ə yaxın iştirakçı qatılıb. Rustavi şəhərindəki Heydər Əliyev adına parkın yaxınlığındakı finiş xəttini keçən kişi və qadın kateqoriyası üzrə ilk üç yeri tutacaq marafonçular medal, diplom və müxtəlif hədiyyələrlə, həmçinin finişə çatan digər yarış iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.

Marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026