• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Qarabağ" Avropada ən yaxşılar sırasında

İDMAN

17 Sentyabr 2021 | 18:21 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" Avropada ən yaxşılar sırasında

Konfrans Liqasının qrup mərhələsində 1-ci turdan sonra komandaların statistik göstəricilər açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, "Bazel"lə (İsveçrə) Bakıda 0:0 hesablı heç-heçəyə razılaşan "Qarabağ" ən yaxşılar arasına düşməyi bacarıb. Ağdam təmsilçisi 58 faiz topa sahib olma ilə oynayıb və bu göstəricidə 6-cı olub.  Həmçinin "Qarabağ" ən çox küncdən zərbə yerinə yetirən ikinci komandadır - 8 küncdən zərbə. Birinci pillədə isə Niderlandın "Vitesse" (12) klubudur.

Qeyd edək ki, "Qarabağ" H qrupunda "Bazel"lə yanaşı, "Omoniya" (Kipr) və "Kayrat"la (Qazaxıstan) da mübarizə aparacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026