• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Qadın güləşçimiz bürünc medal qazandı

İDMAN

19 Avqust 2021 | 18:39 | Müəllif: Subhan Mahmudov

Qadın güləşçimiz bürünc medal qazandı

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı hindistanlı Kusum Kusumla qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Əliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Azərbaycanın digər qadın güləşçisi Birgül Soltanova (62 kq) da bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Luisa Şeel (Almaniya) / İva Geriç (Xorvatiya) cütünün qalibi olacaq. Qarşılaşma avqustun 20-də gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl kişi sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR