• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Qarabağ" "Aberdin"ə qalib gəldi

İDMAN

19 Avqust 2021 | 22:13 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" "Aberdin"ə qalib gəldi

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Şotlandiyanın “Aberdin” klubu ilə üz-üzə gəlib. Oyun Ağdam təmsilçisinin üstünlüyü ilə keçib.

Matçın baş tutduğu Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad durumu da “Qarabağ”ın texnikalı futbolçularının öz oyununu diqtə etməsinə mane olmayıb. Lakin təmsilçimiz bu üstünlüyü yalnız bir dəfə qola çevirə bilib. İlk hissənin ortalarında Xayme Romero qonaqların qapısına yol tapıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026