• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İlham Əliyev İtaliyada

SİYASƏT

31 Avqust 2022 | 21:07 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev İtaliyada

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısının səfəri sentyabrın 1-2-si tarixləri üçün nəzərdə tutulur.

Səfər İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutacaq. Səfərin məqsədi Prezident İ.Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesində bir sıra sahələr üzrə aktual məsələlərin müzakirə edilməsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticə yönümlü növbəti addımların müəyyən edilməsidir.

Səfər çərçivəsində Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella və İtaliya Baş naziri Mario Draqi ilə geniş tərkibdə görüşləri nəzərdə gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026