• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

İmişlidə ağır qəza - xəsarət alanlar var

HADİSƏ

22 Mart 2022 | 23:48 | Müəllif: Subhan Mahmudov

İmişlidə ağır qəza - xəsarət alanlar var

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, İmişli rayonu ərazisində iki avtomobil toqquşub.

Qəza nəticəsində Sabirabad rayonunun Zalqarağac kənd sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Ənvər Qulyar oğlu və daha bir nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Digər yaralı Ə. Cəbrayılov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.(report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026