• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İran diplomatı Fransa XİN-ə çağırılacaq

DÜNYA

13 Dekabr 2022 | 20:03 | Müəllif: Subhan Mahmudov

İran diplomatı Fransa XİN-ə çağırılacaq

İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bu barədə keçirdiyi brifinqdə məlumat verib.

"Təəssüf ki, Tehranın mövqeyi ilə əlaqədar mən İranın müvəqqəti işlər vəkilini çağırmalıyam. İran Fransa vətəndaşlarının saxlanmasını dayandırsaydı, əlaqələrimiz daha yaxşı olardı", - Kolonna deyib.

O vurğulayıb ki, İran hakimiyyəti hazırda Fransanın yeddi vətəndaşını həbsdə saxlayır ki, bu, qəbuledilməzdir.

Fransalı nazirin sözlərinə görə, Paris İranın nümayişçilərə qarşı siyasəti ilə razılaşa bilməz.

"Bütün bunlar ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmır", - Kolonna əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026