• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Kalaşnikov" silah istehsalını artırıb

DÜNYA

12 Yanvar 2023 | 17:12

"Kalaşnikov" silah istehsalını artırıb

Rusiyanın "Kalaşnikov" müdafiə sənayesi şirkəti 2022-ci ildə son 20 ildə ən yüksək silah istehsalını reallaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, "Kalaşnikov"dan verilən yazılı açıqlamada şirkətin silah istehsalını 2021-ci ilə nisbətən keçən il 40 faiz artırdığı bildirilib.

Qeyd olunur ki, şirkət ötən il dövlət üzrə 45 istehsal sifarişi yerinə yetirib. Hərbi-texniki əməkdaşlıq sahəsində 25 sifarişin yerinə yetirildiyi qeyd edilib.

Açıqlamada sözügedən sifarişlərin şirkət tarixi boyunca tamamlanan ən böyük sifarişlər olduğu və silah istehsalının son 20 ilin ən yüksək səviyyəsinə çatdığı vurğulanıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026