• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Rusiyada əsgərlər hərbi hissədən qaçdı

DÜNYA

12 Yanvar 2023 | 18:08 | Müəllif: Subhan Mahmudov

Rusiyada əsgərlər hərbi hissədən qaçdı

Rusiyada iki müqaviləli əsgər hərbi hissələrdən qaçıb. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Moskva vilayətində baş verib. 

Hazırda hərbçilərin harada olması barədə heç nə məlum deyil. 

Məlumata görə, 32 yaşlı müqaviləli hərbi qulluqçu Andrey A. Krasnoqorskda gecə saatlarında qaçıb. Onun yanında silah olub-olmaması və hansı səbəbdən bölməni tərk etməsi barədə məlumat yoxdur. Həmin gecə müqavilə ilə işləyən 36 yaşlı Aleksandr B. də hərbi hissəni naməlum şəkildə tərk edib. 

Hər iki hadisələrlə bağlı hüquq-mühafizə orqanları yoxlamalar aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026