• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

İranın xarici işlər nazirinin müavini Azərbaycan səfirliyini ziyarət edərək başsağlığı verib

SİYASƏT

27 Dekabr 2024 | 15:01 | Müəllif: Əli Hüseynov

İranın xarici işlər nazirinin müavini Azərbaycan səfirliyini ziyarət edərək başsağlığı verib

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və digər dövlət rəsmiləri Azərbaycan səfirliyini ziyarət edərək başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, onlar təyyarə qəzasında insanların həlak olması ilə bağlı İran höküməti və xalqının başsağlığını çatdırıb, kitaba ürək sözlərini yazıblar.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026