• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

İş adamı qətlə yetirilib

DÜNYA

01 Sentyabr 2021 | 15:01

İş adamı qətlə yetirilib

Gürcüstanda biznesmen Vladimir Vaxaniya qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Zuqdidi bələdiyyəsinin Qanmuxuri kəndində baş verib.

İş adamının öz evində soyuq silahla öldürüldüyü bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, qətli törədən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaq başlanılıb.

Qeyd edək ki, V.Vaxaniya əsasən Rusiyada bizneslə məşğul olub. O, 2009-cu ildə Gürcüstanda jurnalist fəaliyyətinə mane olduğuna görə həbs edilib, 2012-ci ildə yerli seçkilərə majoritar namizəd kimi qatılıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026