• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəzza zolağında ölən israilli hərbçilərin sayı açıqlanıb - YENİLƏNİB

DÜNYA

11 Dekabr 2023 | 14:46

Qəzza zolağında ölən israilli hərbçilərin sayı açıqlanıb - YENİLƏNİB

Qəzza zolağında ölən israilli hərbçilərin sayı 430-a çatıb

Qəzza zolağında 7 oktyabrdan indiyə kimi ölən israilli hərbçilərin sayı 430-a çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) rəsmi saytında dərc edilib.

Məlumata əsasən, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlar nəticəsində ötən gün 8 hərbçi ölüb və bununla da ümumilikdə 430 israilli hərbçi həyatını itirib.

***

09:23

İsrail Ordusu Qəzzada hərbi əməliyyatlar zamanı daha dörd əsgərini itirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, əsgərlərin itkisi əsasən Qəzza zolağının cənub istiqamətində baş verib.

Bununla da İsrail Ordusunun noyabrın sonundan Qəzza zolağında keçirdiyi quru əməliyyatları zamanı itirdiyi hərbçilərin sayı 102-ə çatıb. Yaralanan hərbçilər isə 550 olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026