• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Nazarbayevin qardaşı oğlu dövlətə 1,45 milyard dollar qaytardı

DÜNYA

10 Yanvar 2024 | 14:01 | Müəllif: Qalib İbrahimoğlu

Nazarbayevin qardaşı oğlu dövlətə 1,45 milyard dollar qaytardı

Kairat Satybaldyulya qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması ilə bağlı ibtidai istintaq yekunlaşıb və işə proses iştirakçıları baxır.

Bakıvaxtı.az-ın “Sputnik Kazaxstan”a istinadən məlumatına görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin rəsmi nümayəndəsi Arman Tleukenov brifinqdə bildirilb.

Onun sözlərinə görə, cinayət yolu ilə və qanunsuz əməllərdən əldə etdiyi gəlirlərdən istifadə edərək, Kairat Satybaldyuly xaricdə daxil olmaqla müxtəlif əmlaklar əldə edib, Qazaxıstanda və xaricdə banklarda pul yerləşdirib.

A.Tleukenov daha bir vergidən yayınma epizodunun olduğunu da deyib: "Bu iş məhkəmədədir. Faktla bağlı ibtidai istintaq davam edir".

Xatırladaq ki, Kairat Satybaldı 2022-ci ilin sentyabrında “Kazaktelecom”dan oğurluq sxemlərinin təşkilinə görə altı il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, Antikor və digər idarələr əvvəllər Satybaldaya qarşı bir neçə cinayət işinin araşdırıldığını bildiriblər.

“Kayrat Satıbaldı dövlətə 650 milyard təngə (1,45 milyard dollar) vəsait qaytarıb”, - deyə Arman Tleukenov əlavə edib.

Qeyd edək ki, Kayrat Satıbaldı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qardaşı oğludur.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026