• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ona qarşı iyrənclik hissi keçirirəm - Medvedev

DÜNYA

09 Fevral 2024 | 11:51

Ona qarşı iyrənclik hissi keçirirəm - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Silahlı Qüvvələrinin yeni Ali Baş Komandanı Aleksandr Sırski haqqında danışıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə,Medvedev SSRİ-nin dağılmasında iştirak edən hər kəsə nifrətini etiraf edib.

“Sovet rus zabiti olan, lakin andını pozaraq faşistlərə xidmət edən, yaxınlarını məhv edən Bandera xaini olan bir insana iyrənclik hissi keçirirəm”.

Qeyd edək ki, fevralın 8-də Ukrayna prezidenti Vladimir Zelenski Sırskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsinə təyin olunduğunu elan edib. Onun sözlərinə görə, o, təqaüdçü Valeri Zalujnıya əvəzləyici axtararkən müxtəlif səviyyəli onlarla komandirlərlə söhbət edib .

Dövlət başçısının sözlərinə görə, yeni baş komandan “ən təcrübəli komandirdir”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR