• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Avropa ABŞ-nin NATO-dan çıxmasına hazırlıq görməyə çağırır

DÜNYA

10 Mart 2024 | 00:48 | Müəllif: Subhan Mahmudov

Avropa ABŞ-nin NATO-dan çıxmasına hazırlıq görməyə çağırır

“NATO-ya üzv olan Avropa ölkələri ABŞ-nin Alyansdan çıxacağı ssenariyə hazır olmalıdırlar”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bir sıra xarici diplomatlar xəbərdarlıq ediblər.

Onların təxminlərinə görə, bu variant respublikaçı Donald Trampın ABŞ prezident seçkisində qalib gələcəyi təqdirdə mümkündür.

“NATO-nun üzvü olan Avropa ölkələrinin paytaxtları Donald Trampın təhdidləri fonunda öz hərbi imkanlarını planlaşdırmalı və yenidən düşünməlidir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, Trampın ABŞ-nin NATO-ya üzvlüyü ilə bağlı sözləri böyük narahatlıq doğurur. Digər diplomat qeyd edib ki, mövcud vəziyyət bir daha Avropa İttifaqının NATO-dan hədsiz dərəcədə asılı olduğunu nümayiş etdirib. Üçüncü mənbə Avropa paytaxtlarını hərbi planlaşdırmanı nəzərdən keçirməyə və dövrün tələblərinə uyğun yeniləməyə çağırıb.

Həmçinin, Trampın ABŞ-ni NATO-dan çıxara və Avropanın müdafiəsindən imtina edə biləcəyi ilə bağlı qorxular da var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR