• Bakı 12° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rəfah əməliyyatının başlama tarixi bəllidir - Netanyahu

DÜNYA

08 Aprel 2024 | 22:44 | Müəllif: Subhan Mahmudov

Rəfah əməliyyatının başlama tarixi bəllidir - Netanyahu

Rəfahda hərbi əməliyyata başlamaq üçün tarix artıq müəyyənləşib. 

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

"Bu gün mən Qahirədə aparılan danışıqlarla bağlı ətraflı hesabat aldım. Biz daim öz məqsədlərimizə nail olmaq üçün çalışırıq - ilk növbədə bütün girovlarımızı azad etmək və HƏMAS üzərində tam qələbəyə nail olmaq. Bu qələbə üçün Rəfaha daxil olmaq və oradakı terrorçu batalyonları məhv etmək lazımdır. Bu baş verəcək, bir tarix var", - baş nazir söyləyib.

Netanyahu əməliyyatın konkret tarixini açıqlamayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026