• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Ukrayna ciddi raket çatışmazlığı ilə üzləşib" - Markarova

 

DÜNYA

09 Fevral 2024 | 13:16

"Ukrayna ciddi raket çatışmazlığı ilə üzləşib" - Markarova

Ukrayna ciddi raket çatışmazlığı ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova “Bloomberg”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynada hərbi texnikanın, xüsusən də raketlərin ciddi çatışmazlığı var: “Bizim hələ də döyüşmək istəyən kifayət qədər insanımız var. Başqa seçimiz yoxdur. Amma texnikamız, xüsusilə raketlərimiz tükənir”.

Səfir Senatda Ukrayna, İsrail və Tayvana əlavə yardımın ayrılması haqqında qanun layihəsinə yenidən baxılması qərarını alqışlayıb: “Dəstəyi davam etdirməyin alternativi yoxdur”.

Qeyd edək ki, Ukraynaya yardımın ayrılması ABŞ senatında müzakirə olunur. Yardımın təsdiqlənməsi üçün minimum 60 səsə ehtiyac var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR