• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukraynaya yardım layihəsi ilk oxunuşda Senatdan keçdi

 

DÜNYA

09 Fevral 2024 | 11:15

Ukraynaya yardım layihəsi ilk oxunuşda Senatdan keçdi

Ukraynaya yardım layihəsi ABŞ Senatında ilk səsvermədən keçib.

Bakıvaxtı.az xəbər verir ki, qanun layihəsi hələ daha iki səsvermədən keçməlidir.

Ukrayna, İsrail və Tayvana ümumi məbləği 95 milyard dollar olan hərbi yardımı nəzərdə tutan yeni qanun layihəsi ilk prosedur səsverməsindən keçib. Buraya Ukraynaya dəstək üçün 60 milyard dollar daxildir.

İndi senatorlar sənədə düzəlişləri müzakirə etməli, sonra isə ona yenidən səs verməlidirlər. Daha sonra sənəd respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasına göndəriləcək.

Bir gün əvvəl onlar digər dövlətlərə hərbi yardımla yanaşı, qeyri-qanuni miqrasiyadan qorunmaq üçün Amerika sərhədlərinin gücləndirilməsi üçün vəsaitin ayrılmasını ehtiva edən qanun layihəsinin qəbuluna mane olmuşdular.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026