“Bəşəriyyət bir çox təhlükələrlə üz-üzədir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
Onun sözlərinə görə, genetik tədqiqatlar sayəsində fövqəlbəşərlər, xüsusi insanlar, geni dəyişdirilmiş idmançı, rəssam, əsgər istehsal oluna bilər:
“İlon Maskın çip implantı etdiyi barədə məlumatlar var. Onsuz da İlon Maskı dayandırmaq üçün heç bir yol yoxdur. O, nə istəsə, edəcək”.
Putin qeyd edib ki, bəşəriyyət genetik tədqiqat və ya süni intellekt nəticəsində baş verə biləcəkləri qiymətləndirməlidir:
“Bəşəriyyət nüvə silahlarının ekzistensial təhlükə olduğunu başa düşdükdə, bütün nüvə gücləri bir-biri ilə razılaşmağa başladılar. Bir zamanlar barıtdan istifadə edildiyi kimi, genetik tədqiqatları və ya süni intellekti dayandırmaq mümkün deyil. Ancaq biz genetik tədqiqat və ya süni intellektdən gələn təhlükələrin olduğunu anladığımız anda beynəlxalq müqavilələr bağlamağın vaxtı gələcək”.
Rafi Müslümov
















