• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Zelenski Litvaya işgüzar səfərə gedib

DÜNYA

10 Yanvar 2024 | 13:32

Zelenski Litvaya işgüzar səfərə gedib

Ukrayna Prezidenti Volodimir Zelenski Litvaya işgüzar səfərə gedib.

Bakıvaxtı.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdəki səhifəsində məlumat verib.

“Litva, Estoniya və Latviya bizim etibarlı dostlarımız və əsas tərəfdaşlarımızdır. Daha sonra mən Tallində və Riqada olacağam”, - o bildirib.

O, Litva Prezidenti, Baş naziri və parlamentin spikeri ilə danışıqlar aparacağını qeyd edib. Bundan başqa, digər siyasi qüvvələrin, KİV-lərin və Ukrayna ictimaiyyətinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.

Tərəflər təhlükəsizlik, Avropa İttifaqı və NATO-ya inteqrasiya, radioelektron və pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026