• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putin Baydenlə münasibətindən danışdı: “Ona yalvarmalıyam?”

DÜNYA

09 Fevral 2024 | 10:50 | Müəllif: Qalib İbrahimoğlu

Putin Baydenlə münasibətindən danışdı: “Ona yalvarmalıyam?”

“Baydenlə sonuncu dəfə nə vaxt danışdığımızı xatırlamıram. Mən xatırlamalıyam? Mənim öz işlərim, daxili siyasətim var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Jurnalistin “Axırıncı dəfə Baydenlə nə vaxt danışmısınız? Bu qlobal müharibəyə və ya, hətta nüvə probleminə çevrilə bilər. Niyə Baydenə zəng edib məsələni həll etmirsiniz” sualını cavablandıran Putin qeyd edib ki, Baydenlə axırıncı dəfə xüsusi hərbi əməliyyatdan əvvəl danışıb: “Bizim bəzi kanallar vasitəsilə əlaqəmiz var. Müharibənin bitməsini istəyirlərsə, silah göndərməyi dayandırmalıdırlar. Müharibə bir neçə həftəyə dayanır. Sonra müqavilə bağlayırıq.

Niyə zəng etməliyəm? Nə danışmalıyam? Ona yalvarmalıyam? Ukraynaya silah verirsən, qorxuram, bunu etmə deyəcəyəm? Mən onunla nə haqda danışmalıyam? NATO xəyali Rusiya təhlükəsi ilə öz xalqını qorxutmağa çalışır. Yalnız bir ssenari var ki, mən rus əsgərlərini Polşaya göndərməliyəm, o da Polşa bizə hücum edərsə. Əks halda, niyə göndərməliyəm? Bizim Polşaya və Litvaya heç bir iddiamız yoxdur. Niyə etməliyik? Belə bir hal ola bilməz. Bunun üçün analitik olmağa ehtiyac yoxdur.”

T.Karlsonun “ABŞ-da Baydendən sonra yeni administrasiya olarsa, ABŞ-la münasibətlər bərpa oluna bilərmi? Yoxsa kimin prezident olmasının əhəmiyyəti varmı” sualına Putinin cavabı belə olub:

“Məsələ konkret liderdən və ya həmin liderin şəxsiyyətindən getmir. Məsələn, mənim Buşla münasibətlərim yaxşı idi, düşünürəm ki, o, Rusiya ilə bağlı çoxlu səhvlər edib, amma ümumilikdə mənim bir insan kimi münasibətlərim yaxşı idi. O, tanıdığım heç bir Avropa, Amerika və ya Rusiya siyasətçisindən pis deyildi.

Trampla da bu istiqamətdə əlaqələrim olub. Məsələ liderin şəxsiyyətində deyil, elitanın mentalitetindədir. Gücdən istifadə etməklə üstünlük əldə etmək ideyası nə qədər ki, nəyin bahasına olursa olsun, ABŞ cəmiyyətində hökmranlıq edir, heç nə dəyişməyəcək, daha da pisləşəcək. Ancaq, nəhayət, kimsə başa düşsə ki, dünya dəyişir və buna uyğunlaşmaq lazımdır, o zaman hər şey dəyişə bilər. Rusiya bütün sanksiyalara baxmayaraq, keçən il Avropada bir nömrəli iqtisadiyyat oldu. Dünyada ən çox sanksiyalar Rusiyaya qarşıdır və bu prosesdə biz Avropada ilk iqtisadiyyat olduq. ABŞ-ın istifadə etdiyi alətlər daha işləmir. Hakim elita bunu başa düşsə, dövlət başçısı da bu istiqamətdə hərəkət edəcək. O zaman hər şey dəyişə bilər. Qərarları kimin verdiyini anlamaq çətindir, hər ştatın öz sistemi var, kimsə seçkidən kənarlaşdırıla bilər, çətin sistemdir.

Rafi Müslümov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR