• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İsrail yeni sualtı qayıqlar alacaq

DÜNYA

20 Yanvar 2022 | 12:55

İsrail yeni sualtı qayıqlar alacaq

Almaniyanın “ThyssenKrupp” şirkəti İsrail üçün 3 milyard avro məbləğində yeni “INS Dakar” seriyalı 3 sualtı qayıq istehsal edəcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İsrail və Almaniya Müdafiə nazirlikləri şirkətlə müvafiq müqavilə imzalayıb. İsrail Müdafiə Nazirliyi bildirib ki, həmin gəmilərdən birincisi qarşıdakı 9 il ərzində tədarük ediləcək.

Müqavilənin bir hissəsi iki ölkə arasında 2017-ci ildə imzalanmış sazişə uyğun olaraq, Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcəyi də diqqətə çatdırılıb.

Bundan əlavə, Almaniya tərəfinin İsrail sənayesinə, o cümlədən müdafiə təyinatlı istehsala 850 milyon avro məbləğində sərmayə qoyulmasını nəzərdə tutan strateji sənaye sazişi imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR