• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ehtiyatda olan hərbçilər toplanışa çağırıldı - Putindən FƏRMAN

DÜNYA

19 Fevral 2022 | 10:35 | Müəllif: Subhan Mahmudov

Ehtiyatda olan hərbçilər toplanışa çağırıldı - Putindən FƏRMAN

Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan Rusiya vətəndaşlarının 2022-ci ildə hərbi toplanışa çağırılması haqqında fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Sənəddə deyilir:

“2022-ci ildə ehtiyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın”.

Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları toplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026