• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

10 milyon Ukrayna sakini qaçqına çevrilib - BMT

DÜNYA

21 Mart 2022 | 02:11 | Müəllif: Qalib İbrahimoğlu

10 milyon Ukrayna sakini qaçqına çevrilib - BMT

Ukraynada hərbi əməliyyatlar nəticəsində 10 milyon insan yaşayış yerini tərk etməyə məcbur qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (BMT QAK) Filippo Qrandi paylaşıb.

Onun sözlərinə görə, bu insanların bir hissəsi Ukraynanın müxtəlif bölgələrinə sığınıblar, digər hissəsi isə qonşu ölkələrə pənah aparmalı olublar.

BMT-nin apardığı statistikaya əsasən, artıq 3,4 milyon insan Ukraynanı tərk edib. Qaçqınların 90 faizini qadın və uşaqlar təşkil edirlər.

UNICEF-in məlumatına görə, qaçqınlar arasında uşaqların sayı 1,5 milyona çatıb. Uşaqların insan alverinin qurbanına çevrilməsi təhlükəsi getdikcə artır (AZƏRTAC). Ukrayna əhalisinin təxminən dörddəbir hissəsinin qaçqına çevrilməsi İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük qaçqın problemi deməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR