• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ukraynada altı jurnalist həyatını itirib

DÜNYA

21 Mart 2022 | 00:50 | Müəllif: Subhan Mahmudov

Ukraynada altı jurnalist həyatını itirib

Dünyada jurnalistlərin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün məqsədilə fəaliyyət göstərən və mərkəzi qərargahı Cenevrədə yerləşən “Press Emblem Campaign” (PEC) şirkəti Rusiya-Ukrayna müharibəsinin bölgədəki jurnalistlərə təsiri ilə bağlı hesabatını dərc edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Ukrayna mediası münaqişələrin intensiv olduğu bölgələrdə ofislərini bağlayıb. Əksər media nümayəndələri təhlükəsizliklərini təmin etmək üçün qoruyucu vasitələr və ya ilkin yardım dəstləri əldə ediblər.

Hesabata əsasən, Ukraynada 3000-ə yaxın xarici jurnalist çalışarkən, onlardan altısı həyatını itirib.

Həmçinin, ölkədəki müharibədə səkkiz xarici jurnalistin yaralandığı, iki jurnalistin isə rusiyalı hərbçilər tərəfindən qaçırıldığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026