• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kanalda batan uşağın axtarışları davam edir - VİDEO

HADİSƏ

22 Fevral 2024 | 10:45

Kanalda batan uşağın axtarışları davam edir - VİDEO

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, hazırda FHN-in Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Ümumilikdə axtarış-xilasetmə əməliyyatlarına 80 nəfərə yaxın şəxsi heyət, 2 xüsusi təlim görmüş it, 14 ədəd xüsusi texnika və nəqliyyat vasitəsi cəlb olunub. Əlavə məlumat veriləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR