• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Karlsen 4-cü dəfə dünya çempionu olub

İDMAN

10 Sentyabr 2024 | 17:47 | Müəllif: Əli Hüseynov

Karlsen 4-cü dəfə dünya çempionu olub

Norveç yığmasının heyətində sabah Budapeştdə başlayacaq Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Maqnus Karlsen növbəti titulunu qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, planetin ən güclü qrossmeysteri onlayn keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.

Bu, 16 qat dünya çempionunun, artıq bu kateqoriyalı yarışda 4-cü uğurudur. O, daha əvvəl 2016, 2017 və 2023-cü illərdə sürətli şahmat üzrə dünya çempionatında birinciliyi əldə edib.

Qeyd edək ki, analoji yarışın digər illərində isə (2018-2022) Hikaru Nakamura (ABŞ) ardıcıl 5 dəfə qalib gəlib.İdman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026