• Bakı 20° C

    2.65 m/s

Kəlbəcərdə 3 tondan artıq çətənə bitkisi məhv edildi

HADİSƏ

15 Iyul 2025 | 10:22 | Müəllif: Gülşən Şərif

Kəlbəcərdə 3 tondan artıq çətənə bitkisi məhv edildi

Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Kəlbəcər rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 3 ton 150 kq olan 3500 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026