• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Kiyev vuruldu - Ölənlər var

DÜNYA

09 Yanvar 2024 | 18:29 | Müəllif: Subhan Mahmudov

Kiyev vuruldu - Ölənlər var

Dekabrın 29-da Kiyevə edilən kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 33 nəfərə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası “Telegram” kanalında məlumat yayıb. “Şevçenko rayonundakı anbarda dağıdılmış tikinti konstruksiyalarının sökülməsi zamanı daha bir nəfərin cəsədi aşkarlanıb”, - məlumatda belə deyilir.

Bununla da Kiyevə raket hücumu nəticəsində həlak olanların sayı 33 nəfərə çatıb.

Xatırladaq ki, Rusiya ordusu dekabrın 29-da Ukrayna ərazisinə kamikadze dronları və müxtəlif tipli raketlərlə hücum etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026