İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada üç mərhələli atəşkəs planını rədd edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
O, HAMS-ın irəli sürdüyü müvəqqəti atəşkəs şərtlərini “axmaq tələblər” adlandırıb.
Netanyahu hesab edir ki, vəziyyəti həll etmək üçün danışıqlar lazımdır, lakin Fələstin tərəfi məqbul addımlar atmır.
Qeyd edək ki, fevralın 7-də HƏMAS İsrailə Qəzza zolağında üç mərhələli atəşkəs planı təklif edib. Razılaşma atəşkəs, əsirlərin mübadiləsi, həmçinin Qəzza zolağının yenidən qurulması və İsrail qoşunlarının Fələstin anklavından çıxarılmasını əhatə edib.
Günəş Mərd


jpg-1707386800.jpg)













