• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sözdə yardım, ürəkağrıdan faktlar: ABŞ-dan İsrailə görünməmiş silah daşımaları!

DÜNYA

09 Mart 2024 | 11:44

Sözdə yardım, ürəkağrıdan faktlar: ABŞ-dan İsrailə görünməmiş silah daşımaları!

ABŞ-dan İsrailə görünməmiş silah daşımaları davam edir.

Bakıvaxtı.az “CNN Türk”ə istinadən xəbər verir ki, ABŞ İsraili Qəzzaya daha çox yardım göndərilməsinı icazə verməyə çağırır. Hətta öz yük təyyarələri ilə Qəzzaya yardım ləvazimatlarını da havadan buraxır. Bununla belə, Vaşinqton administrasiyasının oktyabrın 7-dən İsrailə hava yolu ilə görünməmiş miqdarda silah daşıdığı da məlum olub. İctimaiyyətə açıq olan uçuş məlumatları hadisənin necə baş verdiyini göstərir.

Açıq mənbə kəşfiyyatı Vaşinqtonun ABŞ-dakı bazalarından və dünyadakı strateji ehtiyatlarından İsrailə külli miqdarda sursat ötürdüyünü, beş aylıq misli görünməmiş bir hava daşıma əməliyyatı ilə göstərdiyini ortaya qoyur.

Wall Street Journal və Washington Post qəzetlərinin məlumatına görə, Co Bayden administrasiyası Qəzzada qarşıdurma başlayandan bəri 100-dən çox hərbi satış yolu ilə İsrailə gizli şəkildə silah çatdırıb.

Məlumatlara görə, tədarüklərə on minlərlə 155 mm-lik mərmi, on minlərlə bomba yönləndirmə sistemi, cəhənnəm atəşi ilə işləyən hava-yer raketləri, pilotsuz uçuş aparatları, dəmir günbəzli sursatlar və s. daxildir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026