• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Krokus” terroru: Koordinatorun adı açıqlandı

DÜNYA

08 Aprel 2024 | 08:51 | Müəllif: Qalib İbrahimoğlu

“Krokus” terroru: Koordinatorun adı açıqlandı

“Krokus Siti Holl”da terror aktının təşkilində ittiham olunanlar öz koordinatorlarının adını çəkiblər.

Bakıvaxtı.az bu barədə TASS-a istinadla xəbər verir.

Onların sözlərinə görə, koordinator Sayfullo onlarla əlaqə saxlayaraq hər birinə 1 milyon rubl vəd edib:

"Sayfullo bizə Ukraynaya, Kiyevə getməyimizi dedi. Orada bizə bir milyon rubl verəcəklər", - təqsirləndirilənlərdən biri dindirmə zamanı qeyd edib.

Krokusda terror aktının təşkilində ittiham olunan daha bir şəxs Ukrayna sərhədini keçərkən vəd edilən yardımdan danışıb:

"Biz Kiyevə getdik, orada pul gözləməli olduq, Sayfullo dedi ki, uşaqlar bizi orada Ukrayna sərhəddində gözləyəcək və sərhədi keçib Kiyevə çatmaqda bizə kömək edəcəklər. Koordinator bizə dedi ki, sonra sizə nə edəcəyinizi söyləyərəm”.

Qeyd edək ki, Rusiya Federasiyası FSB-nin terrorçuların dindirilməsi ilə bağlı müvafiq videosu Birinci Kanalda nümayiş etdirilib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026