Braziliya Ali Məhkəməsi “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Maska qarşı ədalət mühakiməsinə mane olmaq ittihamı ilə istintaqa başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bubarədə BBC məlumat yayıb.
Belə ki, Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes bu yaxınlarda X- də saxta xəbərlər və nifrət mesajları yaymaqda ittiham olunan bəzi istifadəçilərin hesablarını bağlamaq qərarına gəlib.
Daha sonra sosial media platforması bu qərara əməl edib və sözügedən hesablara girişi bloklayıb. Ancaq bir müddət sonra şirkətin baş direktoru Elon Mask bağlanan hesabların yenidən açılacağını açıqlayıb. Beləcə məhkəmə ilə Musk arasında mübahisə başlayıb.
Elon Musk məhkəmə qərarına etiraz edib və hətta bu hesabın bağlanması tələbinin ölkə konstitusiyasına zidd olduğunu bildirib. Hətta qərarı verən hakim Alexandre de Moraesdən istefa verməsini istəyib.
Bu gün isə hakim İlon Maskı ədalət mühakiməsinə mane olmaqda ittiham edərək istintaqa cəlb edib. X-in məhkəmə qərarına tabe olmamaqdan çəkinməsi lazım olduğunu ifadə edən hakim, sözügedən hesablar yenidən bağlanana qədər şirkətə hər gün 19 min 740 dollar pul cəzası kəsiləcəyini bildirib.
Mask Braziliyada bütün gəlirlərini itirmək riski və işçilərinin həbsi, eləcə də oradakı ofisinin bağlanması ilə hədələnməsinə baxmayaraq, prinsiplərinin puldan daha önəmli olduğunu vurğulayıb:
“X”bu hesabın bloklanması qərarına qarşı qanuni mübarizə aparacaq. Bu mübarizənin necə bitəcəyini birlikdə görəcəyik”.
Xatırladaq ki, İlon Mask 2022-ci ilin oktyabrında əvvəllər “Twitter” kimi tanınan “X” platformasını alıb.
Günəş Mərd
















