“Baş redaktoru olduğum “Azərbaycan” qəzetinin maliyyə durumunun ağır olmasına diqqət çəkmək istəyirəm”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən növbəti iclasında deputat Bəxtiyar Sadıqov bildirib.
Onun sözlərinə görə, qəzetlərin maliyyəsi 75 faizi reklamdan, 25 faizi satış gəlirlərindən formalaşır: “Qəzetə abunələrin sayı azalıb, reklam bazarı üzümüzə bağlanıb. Əmək haqqını ödəyə bilmirik. Milli Məclis bizə kömək etməsə, qəzetin çapı dayanacaq”.
Deputat bildirib ki, rəhbəri olduğu qəzetə 800 min manat birdəfəlik yardım edilib: “Amma bu vəsait yetərli deyil. Bizə hər il 1,5 milyon vəsait ayrılmalıdır”.
Milli Məclisin spikeri Sahibə Qafarova deputat Bəxriyar Sadıqova bildirib ki, bu məsələ ilə bağlı müraciətinə cavab verilib: “Sizinlə görüş olub və sizin müraciətə cavab verilib. İşinizi günün tələblərinə uyğun qurmalısınız”.
Ramid İbrahimov
















