• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Koronavirusa yoluxan Aytən Səfərovadan şikayət

CƏMİYYƏT

25 Mart 2021 | 12:52

Koronavirusa yoluxan Aytən Səfərovadan şikayət

“İki gündür bilinir ki, COVİD-19-a yoluxmuşam. Mənimlə müvafiq bir tibb ocağı maraqlanmır. Bircə TƏBİB-dən zəng etdilər. Onlar da ancaq ağırlaşma olanda, xəstəxanaya yerləşdirmək təklifi etdilər. COVID-19 xəstələri üçün lazım olan dərman paketini belə mənə gətirib verən olmadı”.

Bakıvatxı,az xəər verir ki, bu sözləri koronovirus infeksiyasına yoluxan aparıcı Aytən Səfərova Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, müalicə üçün lazım olan dərmanları özü alıb:

“Sosial şəbəkədə paylaşdığım dərmanları həyat yoldaşımın tanışı olan başqa bir həkimdən özümüz almışıq. İndiyənə qədər bir nəfər belə əlaqə saxlamayıb ki, özünüzü necə hiss edirsiz, nəsə lazımdır? Bəlkə, pisəm, xəstəxanaya yerləşdirilməliyəm? Hələ mən tanınmış adamam, jurnalistəm... 

Mənə belə laqeyid yanaşılırsa, görün adi insan necədir. Bəlkə bir ailədə hamı yoluxub, dərmanı gedib ala bilmirlər? Belə məsuliyyətsizlik olar? Vaxtında dərmanları çatdırılmayan nə qədər insan ağırlaşır. Səhiyyə Nazirliyinin nəzdində olan tibb ocaqlarının heç birinin koronovirus xəstəsi vecinə deyil”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026