• Bakı 8° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Koronavirusla bağlı sensasion ARAŞDIRMA

DÜNYA

19 Sentyabr 2021 | 09:42 | Müəllif: Subhan Mahmudov

Koronavirusla bağlı sensasion ARAŞDIRMA

Merilənd Universitetindən olan alimlər mutasiyaya uğramış koronavirusun hava damcıları ilə daha tez ötürüldüyünü bildiriblər.

Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, bu barədə tədqiqat "Clinical Infectious Diseases" nəşrində dərc olunub.

Amerikalı tədqiqatçılar fərqli "SARS-CoV-2" ştamlarının təhlükəli olduğu barədə araşdırma aparıblar. Alimlər fərqli COVİD-19 variantlarına yoluxan insanlardan əlifbanı üç dəfə təkrar etmələrini və ya "Ad günün mübarək" mahnısını oxumalarını istəyərək bir eksperiment keçiriblər. Koronavirusun "Alfa" ştammına yoluxan insanlar əvvəlki (Uhan) versiyasına yoluxanlardan yüz qat daha çox viral zərrəcik havaya buraxıblar.

Alimlər təsdiq edib ki, tibbi maskalar virusun yayılma riskini 50 faiz azaldır. Ekspertlər qeyd edib ki, tədqiqat ilə yeni infeksiya ştammlarının havadan ötürülməsinə dair əlavə sübutlar təqdim olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026