Böyük Britaniya Türkiyənin "Bayraktar" və "Anka" pilotsuz uçuş aparatlarının əldə edilməsi məsələsini nəzərdən keçirir.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu "CNN" telekanalına müsahibəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.
Birləşmiş Krallıq Türkiyənin döyüş PUA-larının əldə edilməsində çox maraqlıdır:
"İndi onlar qərar verməlidirlər. Onlara variantlar təqdim etdik və indi ciddi şəkildə düşünürlər" - deyə Varank bildirib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az















