• Bakı 7° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kosmosda daha bir ilk: İki asteroidin səthində su aşkar edildi

CƏMİYYƏT

14 Fevral 2024 | 09:02 | Müəllif: Qalib İbrahimoğlu

Kosmosda daha bir ilk: İki asteroidin səthində su aşkar edildi

Günəş sistemimiz planetlərdən və aylardan tutmuş kometlərə və asteroidlərə qədər müxtəlif obyektlərin toplusudur.

Bakıvaxtı.az-ın məlumatına görə, hesab olunurdu ki, Günəş ətrafında 1 milyondan çox asteroid var və onların üzərindəki su çoxdan buxarlanmış olmalıdır.

Bununla belə, SOFIA infraqırmızı teleskopunun məlumatlarından istifadə etməklə aparılan yeni araşdırmada İris və Massalia asteroidlərinin səthində su aşkar edilib.

Milyonlarla asteroid arasında İris digər asteroidlərin təxminən 99 faizindən böyük olan 199 kilometr diametrə malikdir.

Mars və Yupiter arasındakı asteroid qurşağında o, Günəş ətrafında orta hesabla 2,39 astronomik vahid məsafədə fırlanır və bir orbiti tamamlamaq üçün 3,7 il çəkir.

Massalia isə 135 km diametrdədir və İrisin orbitinə bənzəyir.

Günəş sistemindəki asteroidlərin tərkibi və quruluşu bir qədər fərqlidir.

Günəşə daha yaxın ərazilərdə buzsuz silikat asteroidləri üstünlük təşkil edir, lakin daha uzaqlarda buzlu asteroidlərə daha çox rast gəlinir.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026