• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Latviya ilə münasibətlərə xüsusi əhəmiyyət veririk - Prezident

SİYASƏT

06 Iyun 2023 | 20:07 | Müəllif: Subhan Mahmudov

Latviya ilə münasibətlərə xüsusi əhəmiyyət veririk - Prezident

Prezident İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu ünvanlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

“Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Latviya münasibətlərinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız və səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026