Britaniyanın ikinci ən işlək hava limanı olan “Qatvik” (London ) hava limanı 164 reysi ləğv edib.
Bakıvaxtı.az xəbər verir ki, hava hərəkətinə nəzarət işçilərinin çatışmazlığı səbəbindən uçuşların sayına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Mövcud vəziyyətlə əlaqədar olaraq, hava limanı bu həftənin sonuna qədər gündə 800-ə qədər reysə xidmət göstərəcək.
Qeyd edək ki, “Qatvik”də dispetçer və digər işçilərin işini təxminən üçdə biri hazırda xəstəlik məzuniyyətində olan Milli Hava Hərəkəti Xidməti (NATS) təşkil edir.
“Son bir neçə həftə ərzində yaşanan infeksiya səviyyəsini nəzərə alaraq, uçuşların sayını məhdudlaşdırmağın məsuliyyətli addım olduğuna inanırıq. Yeni nəzarətçilərin təlimi sürətləndirilmiş templə aparılır, lakin onların “Qetvik”də hava nəqliyyatının mürəkkəbliyi səbəbindən təlimi uzun müddət çəkir”, - deyə NATS bildirib.