İsrail ordusu HƏMAS-ın kəşfiyyat xidmətinin rəhbərlərindən biri Şadi Barudanı məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti oktyabrın 7-də törədilən qətliamın planlaşdırılmasına cavabdeh olan HƏMAS kəşfiyyat departamentinin rəis müavinini öldürüb”, - məlumatda deyilir.
















