• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

YENİ MƏXFİ SİLAH: İsrail HƏMAS yaraqlılarını tunellərdə "BOĞACAQ"

DÜNYA

27 Oktyabr 2023 | 00:09 | Müəllif: Subhan Mahmudov

YENİ MƏXFİ SİLAH: İsrail HƏMAS yaraqlılarını tunellərdə "BOĞACAQ"

İsrail Qəzza zolağında HƏMAS silahlılarının qazdığı tunellərdə quru əməliyyatı zamanı ən son məxfi silahlardan istifadə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Məqalədə deyilir ki, söhbət "süngər bombaları"ndan gedir. Artıq İsrail Müdafiə Qüvvələri tərkibində partlayıcı olmayan bu kimyəvi bombalarla təlim keçir. Cihazın istifadəsi zamanı köpük səpələnir, bu da tez genişlənir və sonra sərtləşir. Belə ki, İsrail hərbçiləri yaraqlıların hərəkətini çətinləşdirmək üçün boşluqları və ya tunellərə girişləri bağlamağı planlaşdırır.

Ən son "süngər bombaları"ndan istifadə edilən təlim Qəzza zolağı ilə sərhəd yaxınlığındakı Tse Elim hərbi bazasında keçirilir və burada İDF HƏMAS tunellərinin bənzərini yenidən yaradır.

Nəşr izah edir ki, Qəzza metrosu kimi tanınan tunellər yüzlərlə mil uzunluğundadır və tələlərlə doludur.

İsrail əsgərləri labirintlərdə irəliləyərkən "süngər bombaları"ndan istifadə edərək, qəfil hücumun qarşısını almağa ümid edirlər./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026