• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Ermənistan Azərbaycandan qaz almağa hazırdır" - Vardanyan

DÜNYA

26 Oktyabr 2023 | 22:25 | Müəllif: Subhan Mahmudov

"Ermənistan Azərbaycandan qaz almağa hazırdır" - Vardanyan

"Ermənistan siyasi məsələləri həll etdikdən sonra Azərbaycandan qaz almağa hazırdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Tbilisidə keçirilən "İpək yolu" forumunda bildirib.

“Münaqişəyə görə Azərbaycandan Ermənistana qaz və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə oldu. Çünki o vaxt biz Azərbaycandan qaz alırdıq, sonra isə ölkəmizə qaz vermək üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq. Ümid edirəm ki, regionumuza sülh gələcək və biz o günlərdə olduğu kimi əməkdaşlıq edib enerji sistemlərimizi şaxələndirə biləcəyik”, - Vardanyan bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026