• Bakı 14° C

    1.14 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lukaşenko Zelenskidən üzr istəyib

DÜNYA

06 Yanvar 2025 | 10:44

Lukaşenko Zelenskidən üzr istəyib

Rusiya Ukraynada müharibəyə başlayanda Belarus prezidenti Aleksandr Lukaşenko Kiyevdən üzr istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində danışıb. O deyib ki, Lukaşenko Belarus ərazisindən edilən raket hücumlarına görə bütün günahı Kreml rəhbəri Putinin üzərinə atıb:

"Ukrayna Belarus ərazisindən atəşə tutulanda, Lukaşenko mənimlə telefon danışığında bildirdi ki, “Volodya, bu mənlik deyil, Putinin raketləridir, mən ona bunun lazım olmadığını söylədim. Bu hücumun mənə dəxli yoxdur"”.

Zelenski deyib ki, Lukaşenkoya Putin kimi qatil olduğunu xatırladanda, o, Kiyevə Mozır neft emalı zavoduna zərbə endirməklə cavab verməyi təklif edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026