• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Masallıda DƏHŞƏT: Ata qızını QƏTLƏ YETİRDİ

HADİSƏ

07 Noyabr 2023 | 08:26 | Müəllif: Qalib İbrahimoğlu

Masallıda DƏHŞƏT: Ata qızını QƏTLƏ YETİRDİ

Noyabrın 7-də saat 05 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.

    Bilidirilib ki, araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026