Sabunçu rayonunda bıçaqlanma olub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yaşayan 1992-ci il təvəllüdlü Elşən Bağırov münaqişə zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Əfsanə Bağırovanı bıçaqlayıb.
Qadın xəstəxanaya yerləşdirilib, əri isə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
















