Jurnalist Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirib. Bundan başqa, Raminlə yanaşı, bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb.
Əlavə məlumat veriləcək.
*** 18:44
"Meydan TV"nin əməkdaşları - jurnalistlər Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş, Ramin Deko, Natiq Cavadlı saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Bakıvaxtı.az-a verilən məlumata görə, Ramin Deko qanunsuz maliyyə gətirməkdə ittiham olunur.
"Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb", - deyə DİN-in məlumatında qeyd olunur.